Menyu

MSK-nın nəzdində seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

Nərmin Qocamanlı
MSK-nın nəzdində seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Ekspert qrupuna MSK üzvləri Şaitdin Əliyev, Baxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova daxil ediliblər.

Bundan başqa, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu da yaradılıb.

Teqlər:

"MSK-n\u0131n n\u0259zdind\u0259 se\u00e7ki il\u0259 ba\u011fl\u0131 ekspert v\u0259 i\u015f\u00e7i qruplar\u0131 yarad\u0131l\u0131b"

Əlaqəli Xəbərlər