MSK seçki prosesini izləmək üçün xarici müşahidəçilərə dəvət göndərəcək
Nərmin Qocamanlı
Ötən seçkilərdə prosesi izləyən xarici müşahidəcilərə dəvət göndərəcəyik.
"Operativ Media" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı addımlar atacaq.
"Dairələrdə müşahidə aparmaq istəyənlər dairə seçki komissiyalarına müraciət edə bilərlər. Bu seçkilərdə də on minlərlə müşahidəçinin iştirakı gözlənilir", - MSK sədri qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma