Menyu

SOCAR Gürcüstan millisinin İspaniyaya qalib gələcəyi təqdirdə yanacağın qiymətində endirim edəcəyini vəd edib

Əziz Əzizli 1300 baxış
SOCAR Gürcüstan millisinin İspaniyaya qalib gələcəyi təqdirdə yanacağın qiymətində endirim edəcəyini vəd edib

"SOCAR Georgia Petroleum" Gürcüstan millisinin İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "SOCAR Georgia Petroleum" şirkətinin sosial media hesabında məlumat paylaşılıb.

Sözügedən açıqlamada deyilir:

"Portuqaliyaya vurduğunuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik. Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq".

Qeyd edək ki, Gürcüstan - İspaniya yığmaları 30 iyun saat 23:00-da qarşılaşacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər