http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

30 İyun 2024 , 14:13
Hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Gəncə İdeoloji Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda tədbir keçirilib.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən bildirilib.

Tədbirdə hərbi institutun rəhbər, zabit, müəllim, kursant heyəti, AMEA MEK-nın nümayəndələri, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri və başqa qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər mövzu ətrafında geniş danışaraq gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində, o cümlədən onların maarifləndirilməsində kitabın böyük rola malik olmasından bəhs ediblər. Gənc nəsildə kitaba marağın artırılmasının vacibliyini vurğulayıblar.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra edən Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. Belə tədbirlərin daimi olaraq keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonda AMEA MEK-nın nümayəndələri tərəfindən institutun kitabxanasına 30 ədəd kitab hədiyyə edilib.

OXŞAR XƏBƏRLƏR
Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Ermənistan Minskdəki paradda iştirakdan imtina edib

Ermənistan Minskdəki paradda iştirakdan imtina edib

Rusiyanın müdafiə naziri Belarusa səfər edib

Rusiyanın müdafiə naziri Belarusa səfər edib

XƏBƏR LENTİ
  • 18:02

    Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub
    Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub
  • 17:56

    Ərdoğan: Türkiyə Rusiya ilə Ukrayna arasında atəşkəsin təməlini qoya bilər
  • 17:51

    Putin və Ərdoğanın müzakirə etdiyi mövzular açıqlanıb - YENİLƏNİB
    Putin və Ərdoğanın müzakirə etdiyi mövzular açıqlanıb - YENİLƏNİB
  • 17:50

    NATO-nun Latviyadakı hərbi personalının sayı 5 min nəfər olacaq
  • 17:46

    Göygöldə bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb
  • 17:37

    İlham Əliyev Azərbaycan və Ermənistan arasında danışıqlarda dəstəyə görə Tokayevə təşəkkür edib
    İlham Əliyev Azərbaycan və Ermənistan arasında danışıqlarda dəstəyə görə Tokayevə təşəkkür edib
  • 17:24

    Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq
  • 17:23

    Daşınmaz əmlakın bahalaşmasına səbəb torpaq sahələrinin az olmasıdır - EKSPERT
Menyu