Menyu

Azərbaycanda sərnişin avtobuslarına rəng tələbi ilə bağlı qayda qüvvəyə minib

Əziz Əzizli
Azərbaycanda sərnişin avtobuslarına rəng tələbi ilə bağlı qayda qüvvəyə minib

Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qüvvəyə minib.

"Operativ Media" xəbər verir ki, bu, Nazirlər kabinetinin martın 28-də təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Qərara əsasən, Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər