Menyu

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

Nərmin Qocamanlı
Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb
1 dəq oxu

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, həyata keçirilən digər əməliyyat tədbirlərilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər