http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlandı

01 İyul 2024 , 12:57
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

"Operativ Media" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gündən iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşq keçəcək.

8 iyul tarixində isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq. Millimiz iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunan futbolçuların siyahısı belədir: Aytac Şərifova (“Trabzonspor”, Türkiyə), Nərgiz Əliyeva (“KDZ Eregli Spor”, Türkiyə), Günay İsmayılova, Mehriban Şahməmmədova, Manə Mollayeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Milana Rəhimova (hamısı “Neftçi”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Ayşən Əhmədova (“Krılya Sovetov”, Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Fidan Cəfərova (“Baku Juniors”), Vüsalə Hacıyeva (“Amedspor”, Türkiyə), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Bəylərbəyi Spor”, Türkiyə), Yeliz Acar, Peritan Bozdağ (hər ikisi “Fatih Vətən” Türkiyə), Esra Manya (“Beşiktaş”, Türkiyə), Kristina Bakarandze, Nazlıcan Parlak (hər ikisi “Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Eastern Flames”, Səudiyyə Ərəbistanı), Vüsalə Seyfəddinova (“Olimpiada Imittou”, Yunanıstan).

Qeyd edək ki, Azərbaycan millisi hazırda 4 xalla B Liqasının 1-ci qrupunda sonuncu yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.

OXŞAR XƏBƏRLƏR
Türkiyə XİN UEFA-ya Merih Dəmiralla bağlı sərt reaksiya verdi

Türkiyə XİN UEFA-ya Merih Dəmiralla bağlı sərt reaksiya verdi

Fernandu Santuş "Qəbələ" klubunun bazasında olub

Fernandu Santuş "Qəbələ" klubunun bazasında olub

Leroy Sane: Almaniya və İspaniya AÇ-2024-ün ən yaxşı futbolunu nümayiş etdirirlər

Leroy Sane: Almaniya və İspaniya AÇ-2024-ün ən yaxşı futbolunu nümayiş etdirirlər

XƏBƏR LENTİ
  • 18:58

    Vladimir Putin: Azərbaycanla Rusiya arasında hər şey müsbət inkişaf edir
  • 18:49

    Azərbaycan Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıyır - BİRGƏ BƏYANNAMƏ
    Azərbaycan Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıyır - BİRGƏ BƏYANNAMƏ
  • 18:19

    DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
  • 18:17

    Türkiyə XİN UEFA-ya Merih Dəmiralla bağlı sərt reaksiya verdi
  • 18:11

    Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş başlayıb
  • 18:02

    Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub
    Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub
  • 17:56

    Ərdoğan: Türkiyə Rusiya ilə Ukrayna arasında atəşkəsin təməlini qoya bilər
  • 17:56

    Astanada Azərbaycan və Rusiya Prezidentləri arasında görüş olub - YENİLƏNİB 2
    Astanada Azərbaycan və Rusiya Prezidentləri arasında görüş olub - YENİLƏNİB 2
Menyu