Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi 40 faizdən çox artıb
Nərmin Qocamanlı
Bu ilin yanvar-may aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 310,6 milyard manatı, sayı isə 66,8 milyonu ötüb.
"Operativ Media" Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 40,5 faiz, sayında isə 19,2 faiz artım qeydə alınıb.
Cari ilin ilk 5 ayında AZİPS vasitəsilə 829 min əməliyyat üzrə 289,7 milyard manat, XÖNKS vasitəsilə 65,6 milyon əməliyyat üzrə 20,4 milyard manat, AÖS ilə isə 299,4 min əməliyyat üzrə 398,1 milyon manat həcmində ödəniş həyata keçirilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma