http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DİN Şuşa “ASAN Xidmət”də vakansiya elan edib

01 İyul 2024 , 18:57
DİN Şuşa “ASAN Xidmət”də vakansiya elan edib

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şuşa “ASAN Xidmət” mərkəzində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, nüsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Şuşa, Xocalı və Xankəndi rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il iyul ayının 25-dək iş günləri saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- təhsil haqqında sənədin əsli;

Əlavə məlumat almaq üçün əlaqə telefonu: (012) 590-64-41

OXŞAR XƏBƏRLƏR
Göygöldə bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb

Göygöldə bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb

Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq

Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq

Daşınmaz əmlakın bahalaşmasına səbəb torpaq sahələrinin az olmasıdır - EKSPERT

Daşınmaz əmlakın bahalaşmasına səbəb torpaq sahələrinin az olmasıdır - EKSPERT

XƏBƏR LENTİ
  • 19:58

    Çin Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsini və BRICS-də iştirakını dəstəkləyir
  • 19:52

    Azərbaycan Çinlə investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradacaq
  • 19:38

    Azərbaycan və Çin malların bazarlara çıxışını asanlaşdıracaq
    Azərbaycan və Çin malların bazarlara çıxışını asanlaşdıracaq
  • 19:27

    İlham Əliyev Qazaxıstan Prezidentinə Azərbaycanla Ermənistan arasında prosesə verdiyi dəstəyə görə təşəkkür edib
  • 19:22

    Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib - YENİLƏNİB
  • 19:13

    Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub - YENİLƏNİB
    Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub - YENİLƏNİB
  • 19:08

    Bəyannamə: Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir
    Bəyannamə: Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir
  • 19:03

    Azərbaycan Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq edəcək
Menyu