Menyu

Türkiyə millisinin üzvü Almaniyada klubunu dəyişir

Əziz Əzizli
Türkiyə millisinin üzvü Almaniyada klubunu dəyişir
1 dəq oxu

18 yaşlı Can Uzunun yeni mövsümdəki yeni klubu maraqla gözlənilir.

"Operativ Media" xəbər verir ki, ulduzu Bundesliqa 2 komandası "Nürnberq"də parlayan Can Uzun Bundesliqa təmsilçisi "Ayntraxt Frankfurt"a transfer olunub. 

Can Uzunun yeni komandası ilə 2029-cu ilə qədər müqavilə imzalayacağı gözlənilir. 

Hücumçunun transferi 24 saat ərzində rəsmiləşəcək. 

Frankfurt komandasının "Nürnberq"ə bu transfer üçün üçün 11 milyon avro, üstəgəl 3 milyon avro mükafat ödəyəcək. 11 milyon avroluq qiymət "Nürnberq" tarixinin ən bahalı satışı olacaq.

"Nürnberq" də futbolçunun sonrakı satışından 10 faiz alacaq. 

Əlaqəli Xəbərlər