Menyu

Portuqaliyanın qapıçısı ilkə imza atdı

Əziz Əzizli
Portuqaliyanın qapıçısı ilkə imza atdı

Portuqaliya millisinin və "Portu"nun 24 yaşlı qapıçısı Dioqu Koşta Avropa çempionatının final mərhələsində oyunsonrası penaltilər seriyasında 3 seyv etməyi bacaran ilk qapıçı kimi tarixə düşüb.

"Operativ Media" xəbər verir ki, o, həm də oyunsonrası penaltilər seriyasında heç bir qol buraxmayan ilk qapıçıdır.

Portuqaliya 1/8 finalda Sloveniyaya penaltilər seriyasında 3:0 hesabı ilə qalib gəlib. Əsas və əlavə vaxt heç-heçə başa çatıb - 0:0. Koşta matçın ən yaxşı oyunçusu  seçilib.

Portuqaliyanın 1/4 finaldakı rəqibi Belçikanı 1:0 hesabı ilə məğlub edən Fransa olacaq.

Teqlər:

"Portuqaliyan\u0131n qap\u0131\u00e7\u0131s\u0131 ilk\u0259 imza atd\u0131"

Əlaqəli Xəbərlər