Ronaldo: Əlbəttə ki, bu mənim son Avropa çempionatımdır
Əziz Əzizli
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının 39 yaşlı hücumçusu Kriştiano Ronaldo Almaniyada keçirilən AÇ-2024-ün karyerasında sonuncu Avropa çempionatı olduğunu təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, o, bu haqda Portuqaliya mediasına açıqlamasında bildiirb.
“Əlbəttə, bu mənim çıxış etdiyim son Avropa çempionatıdır, amma indi məni narahat etmir. İndi əsas şey həvəsli olmaqdır. Ömrümün sonuna qədər Portuqaliya millisinin forması üçün əlimdən gələni edəcəyəm. Məsuliyyəti üzərinə götürmək lazımdır.
Fransaya qarşı çox çətin mübarizə olacaq. Onlar favoritlər sırasındadır. Amma biz özümüzü döyüşə atacağıq. Komandada hər şey qaydasındadır”.
1/8 finalda Portuqaliya penalti zərbələri ilə Sloveniyaya 3:0 hesabı ilə qalib gəlib. “Portu”nun qapıçısı Dioqu Kosta isə 3 seyv edib. Qolları Ronaldo, Bruno Fernandes və Bernardo Silva vurub. Əsas və əlavə vaxt 0:0 başa çatıb .
1/4 finalda Portuqaliya - Fransa oyunu iyulun 5-də keçiriləcək və saat 23:00-da başlayacaq.
Teqlər:
"Ronaldo: \u018flb\u0259tt\u0259 ki bu m\u0259nim son Avropa \u00e7empionat\u0131md\u0131r"