Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il iyul ayının 18-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.07.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net