Türkiyəli futbolçu "Boz Qurd" işarəsi tutdu, UEFA araşdırma başlatdı
Əziz Əzizli
UEFA Türkiyə millisinin üzvü Merih Dəmirala qarşı "siyasi təxribat" iddiası ilə intizam istintaqı başladıb.
"Operativ Media" "Fotospor" nəşrinə istinadən xəbər verir ki, matçın sonunda tribunalara "Boz qurd salamı" verən Merihin hərəkətini siyasi hesab edən UEFA-nın intizam araşdırmasının Niderland matçına qədər tamamlanacağı gözlənilir.
UEFA 2020-ci il Avropa Futbol Çempionatının seçmə mərhələsində hərbi salam verən milli futbolçuları qınamış və Türkiyə Futbol Federasiyasını 50 min avro cərimələmişdi.
Merih Dəmiral qol sevinci ilə bağlı danışıb.
"Mənim qol sevincimin (Boz Qurd salamı) türk kimliyimlə əlaqəsi var. Ona görə də bu hərəkəti etdim. Stadionda da insanların bu hərəkəti etdiyini gördüm. Gizli mesaj yoxdur. Biz hamımız türkük, mən türk olmaqdan qürur duyuram və bu salamlaşmanın məqsədi də budur".
Teqlər:
"T\u00fcrkiy\u0259li futbol\u00e7u \"Boz Qurd\" i\u015far\u0259si tutdu UEFA ara\u015fd\u0131rma ba\u015flatd\u0131"