Menyu

Bakıda MMC direktoru barəsində həbs qətimkan tədbiri seçilib

Nərmin Qocamanlı
Bakıda MMC direktoru barəsində həbs qətimkan tədbiri seçilib

“Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

"Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir", - məlumatda qeyd olunub.

Teqlər:

"Bak\u0131da MMC direktoru bar\u0259sind\u0259 h\u0259bs q\u0259timkan t\u0259dbiri se\u00e7ilib"

Əlaqəli Xəbərlər