http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

03 İyul 2024 , 15:14
Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, sonra müdafiə naziri Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib.

Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub.

Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
NATO Parlament Assambleyasının növbəti iclası Monrealda keçiriləcək

NATO Parlament Assambleyasının növbəti iclası Monrealda keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər

Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər

Ermənistan Minskdəki paradda iştirakdan imtina edib

Ermənistan Minskdəki paradda iştirakdan imtina edib

XƏBƏR LENTİ
  • 01:46

    AÇ-2024: Fransa millisi yarımfinala yüksəldi
  • Dünən
    23:31

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub
  • Dünən
    23:27

    Siyarto: Orbanın Rusiyaya səfəri Ukrayna böhranının həllini yaxınlaşdıracaq
  • Dünən
    23:03

    İranda prezident seçkilərinin vaxtı üçüncü dəfə uzadılıb - YENİLƏNİB
  • Dünən
    22:50

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
  • Dünən
    22:45

    Bayden və Netanyahu arasında görüş ola bilər
  • Dünən
    22:39

    AÇ-2024: İspaniya millisi yarımfinala yüksəldi
  • Dünən
    22:30

    Viktor Orban Azərbaycana səfərə gəlib
    Viktor Orban Azərbaycana səfərə gəlib
Menyu