http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Daşınmaz əmlakın bahalaşmasına səbəb torpaq sahələrinin az olmasıdır - EKSPERT

03 İyul 2024 , 17:23
Daşınmaz əmlakın bahalaşmasına səbəb torpaq sahələrinin az olmasıdır - EKSPERT

Ölkədə bəzi sahələr üzrə qiymətlərin artımı mənzil sahibi olmaq istəyən və kirayədə yaşayan vətəndaşlarda bahalaşma ilə bağlı müəyyən təsəvvürlər yaradıb. Onlar tariflərdəki dəyişikliklərin əmlak bazarına da təsir edəcəyi qənaətindədirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, daşınmaz əmlak bazarındakı qiymət artımına əsas səbəb torpaq sahələridir:

"Ölkəmizdə daşınmaz əmlaklara tələbat artdıqca onların qiymətlərində də daim artımlar müşahidə olunur. Son dörd ildə daşınmaz əmlak bazarında, xüsusən də paytaxtda qiymət artımı daha yüksək səviyyədə olub. Lakin 2023-cü  ilin oktyabr ayından başlayaraq əmlak bazarında ciddi bir durğunluq hökm sürür. Hazırda yay mövsümü olduğuna görə tələbat daha çox bağ evlərinə və torpaq sahələrinədir. Digər mərkəz ərazilərdəki çoxmənzilli yaşayış binalarına tələbat digər aylara görə daha aşağıdır. Daşınmaz əmlak bazarında qiymət artımına səbəb çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin məhdud olması ilə əlaqədardır. Çoxmənzilli yaşayış binalarında torpaq sahələri məhdudlaşdıqca artıq qiymətləridə də artımlar müşahidə olunur".

Ekspertin sözlərinə görə, tikinti materiallarının qiymətinin artımı da satış qiymətinə öz təsiri göstərir:

"Yeni normativlərə əsasən, artıq 2018-ci  ildən çoxmənzilli binalar inşa olunarkən mütləq şəkildə yeni şəhərsalma qaydalarına əməl olunmalıdır. Bu da tikinti şirkətlərinə əvvəlki qədər daha böyük həcmli binalar inşa etməyə imkan vermir. Bu baxımdan tikinti şirkətləri daha az ümumi sahəsi olan binalar tikdiklərinə görə, torpaqların qiymətinin və tikinti materiallarının baha olması səbəbindən məcburən satış qiymətlərini daha baha təklif edirlər. Yəni daşınmaz əmlak bazarındakı rəqəmlər baş  verən hər hansı bir qiymət artımı ilə ölçülmür. Daşınmaz əmlak bazarındakı qiymət artımına əsas səbəb torpaq sahələridir. Çoxmənzilli binalar üçün yararlı torpaq sahələri tükəndikcə və onların qiymətləri artdıqca birmənalı olaraq əmlak bazarında da qiymət artımları baş verir".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Xankəndidə “Qarabağ” hotelinin açılışı olub - YENİLƏNİB

Xankəndidə “Qarabağ” hotelinin açılışı olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub - YENİLƏNİB

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

XƏBƏR LENTİ
  • 01:46

    AÇ-2024: Fransa millisi yarımfinala yüksəldi
  • Dünən
    23:31

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub
  • Dünən
    23:27

    Siyarto: Orbanın Rusiyaya səfəri Ukrayna böhranının həllini yaxınlaşdıracaq
  • Dünən
    23:03

    İranda prezident seçkilərinin vaxtı üçüncü dəfə uzadılıb - YENİLƏNİB
  • Dünən
    22:50

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
  • Dünən
    22:45

    Bayden və Netanyahu arasında görüş ola bilər
  • Dünən
    22:39

    AÇ-2024: İspaniya millisi yarımfinala yüksəldi
  • Dünən
    22:30

    Viktor Orban Azərbaycana səfərə gəlib
    Viktor Orban Azərbaycana səfərə gəlib
Menyu