http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq

03 İyul 2024 , 17:24
Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində “Bakı Metropoliteni” QSC-nin stansiyalarında könüllülərin fəaliyyətinin optimal təmin edilməsi, əcnəbilərə və ümumiyyətlə, müvafiq suallarla müraciət edən sərnişinlərə kömək göstərilməsi məqsədilə 10 “Məlumat köşkü” yaradılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı yanvar ayında Tədbirlər Planı təsdiq edilib və buna müvafiq işlər aparılır. Əsas təmir və hazırlıq işlərinin oktyabrın 10-dək başa çatdırılması və daha sonra COP29 dövründə müvafiq nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

Yanvarda gediş haqqının ödənilməsi sistemlərinin tətbiqi ilə əlaqədar “BakıKart” sistemini həyata keçirən “K-Group” şirkəti ilə birgə müşavirələr təyin edilib. Bu günə qədər 9 müşavirədə qəbul edilmiş qərarlar icra olunub və ya hazırda icrası davam edir.

COP29 Əməliyyat Şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xətti ilə yaradılmış nəqliyyat sektoru ilə bağlı işçi qrupunda birgə müzakirələr aparılır, problemlər, həllini gözləyən məsələlər müzakirəyə çıxarılır və mütəmadi birgə fəaliyyət təmin edilir.

“Koroğlu” stansiyasında əlil arabası istifadəçilərinin sərbəst hərəkətini təmin edəcək avtomatik platformaların (pandusların), eləcə də hazırda “Əlçatan metro” layihəsi çərçivəsində istismarda olan əlil arabalarının texniki daşıma dəstəyi qurğularının sayının optimal həddə çatdırılması məqsədilə eskalatorlarda istifadə və universal daşıma məqsədilə qurğuların alınması istiqamətində işlər aparılır. Bakı metropolitenindən istifadə etmək imkanları məhdud olan şəxslərə xidmət mədəniyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olunacaq.

Həmçinin metropolitenin rəsmi saytında ödəniş üsulları və digər bölmələrin ingilis dili versiyasının təkmilləşdirilməsi və yeni bölmələrin yaradılması işləri aparılıb.

OXŞAR XƏBƏRLƏR
Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib - YENİLƏNİB

İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib - YENİLƏNİB

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub

XƏBƏR LENTİ
  • 01:46

    AÇ-2024: Fransa millisi yarımfinala yüksəldi
  • Dünən
    23:31

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub
  • Dünən
    23:27

    Siyarto: Orbanın Rusiyaya səfəri Ukrayna böhranının həllini yaxınlaşdıracaq
  • Dünən
    23:03

    İranda prezident seçkilərinin vaxtı üçüncü dəfə uzadılıb - YENİLƏNİB
  • Dünən
    22:50

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
  • Dünən
    22:45

    Bayden və Netanyahu arasında görüş ola bilər
  • Dünən
    22:39

    AÇ-2024: İspaniya millisi yarımfinala yüksəldi
  • Dünən
    22:30

    Viktor Orban Azərbaycana səfərə gəlib
    Viktor Orban Azərbaycana səfərə gəlib
Menyu