"İnter Mayami" Messi və Suaressiz qalib gəldi
Əziz Əzizli
MLS çempionatının növbəti oyununda lider "İnter Mayami" "Şarlotta"nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
"Operativ Media" xəbər verir ki, milli komandalarla Amerika Kubokunda iştirak edən "İnter Mayami"nin hücumçuları argentinalı Lionel Messi və uruqvaylı Luis Suares bu matçda iştirak etməyib.
30-cu dəqiqədə “İnter Mayami”nin ispaniyalı müdafiəçisi Jordi Albanın ötürməsindən sonra Finlandiyanı təmsil edən yarımmüdafiəçi Robert Teylor fərqlənib.
41-ci dəqiqədə meydan sahibləri qanalı forvard Patrik Aqyemanqın zərbəsi sayəsində cavab qolunu vurub.
“İnter Mayami” 86-cı dəqiqədə argentinalı yarımmüdafiəçi Benya Kremaskinin qolu ilə qalib gəlib.
“İnter Mayami” 22 oyundan sonra 47 xalla liderdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net