Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub
Nərmin Qocamanlı
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Qeyd edək ki, M.Hacıbəyov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net