04 İyul 2024, 17:22
UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılacaq
UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılacaq şəkil
UNEC-də magistraturaya sənəd qəbulu onlayn aparılacaq

UNEC-də magistraturaya qəbul olan bakalavrların sənəd qəbulu 9 iyul tarixindən 18 iyuladək elektron qaydada aparılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbul olanlar sənədlərini UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla, kabinet.unec.edu.az bölməsinə yükləməlidirlər.

Bundan əlavə, bakalavrlar portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Portal.edu.az-dan qeydiyyat keçməyənlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Sənəd qəbulu barədə ətraflı məlumat UNEC-in rəsmi səhifəsinin elanlar bölməsində yerləşdirilib.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb