"Cəbrayıl"ın yeni baş məşqçisi bəlli oldu
Əziz Əzizli
Elhad Nəziri "Cəbrayıl" FK-nın baş məşqçisi təyin edilib.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib. Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.
Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.
Xatırladaq ki, daha əvvəl "Cəbrayıl"ın baş məşqçiai olmuş Cavid Hüseynov isə yeni mövsümdə "Turan Tovuz"da Kurban Berdəyevin köməkçisi kimi çalışacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net