Menyu

Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

Əziz Əzizli
Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

"Operativ Media" xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) Məmmədova adını finala yazdırıb. Ruzanna həlledici görüşdə rusiyalı Yelena Kurovaya qalib gələrək Avropa çempionu olub.

Digər təmsilçilərimizdən Elvina Kərimzadə (50 kq) və Nərgiz Səmədova (55 kq) isə yarışı mükafatsız başa vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər