Menyu

Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir, 5 müəssisə rəhbəri işdən azad edilib

Nərmin Qocamanlı
Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir, 5 müəssisə rəhbəri işdən azad edilib
1 dəq oxu

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Monitorinqlər davam etdiriləcək.

Əlaqəli Xəbərlər