Menyu

"Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi transfer etdi

Əziz Əzizli
"Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi transfer etdi

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini də komplektləşdirməyə çalışır.

"Operativ Media" xəbər verir ki, Naxçıvan təmsilçisi bu dəfə braziliyalı mərkəz yarımmüdafiəçi Karlos Jatoba ilə anlaşıb. 29 yaşı sentyabrda tamam olacaq futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün tər tökəcək. Onun sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub. İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” Jatobaya qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər