Menyu

"Sabah" serbiyalı hücumçu ilə gücləndi

Əziz Əzizli
"Sabah" serbiyalı hücumçu ilə gücləndi
1 dəq oxu

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. 

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb. ✍🏻

"Srvena Zvezda"nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın "Ersqebirqe Aue" (2019-2020), "Ayntraxt" (Braunşveyq, 2020-2021), Slovakiyanın "Trençin" (2021-2024) və "Dubnitsa" (2021-2022) klublarında çıxış edib. 

Neqoş "Sabah"da 29 nömrəli formada çıxış edəcək.

Əlaqəli Xəbərlər