http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

05 İyul 2024 , 20:31
Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

“Yüksəliş” müsabiqəsi iyulun 5-də yarımfinal mərhələsinə başlayıb. 

"Operativ Media" xəbər verir ki, tədbirdə "Bakı Ekspo Mərkəzi"ndə keçirilən mərhələdə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər. 

Qonaqlar yarımfinal mərhələsinə yüksələn iştirakçıları təbrik edərək, onlara uğurlar arzulayıblar. Onlar öz çıxışlarında müsabiqənin iştirakçılara dəyərli təcrübə qazandıracağını və gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıblar. 

"Yüksəliş" müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti "Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır" şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

Namizədlər açılış gününə özəl təşkil olunmuş "Yaşıl aksiya"da iştirak ediblər. Bu təşəbbüs iştirakçıların təbiətə olan sevgisini artırır və onları ətraf mühitin qorunması istiqamətində fəal olmağa çağırır. Təbiəti yaşıllaşdırmaq və dünyanı yaxşılaşdırmaq yanaşmasına əsasən keçirilmiş "Yaşıl aksiya" iştirakçılar arasında böyük marağa səbəb olub.

Qeyd edək ki, əyani mərhələni uğurla başa vuran 328 namizəd yarımfinalda iştirak edir. "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin ilk günündə iştirakçılar "Nə? Harada? Nə zaman?" intellektual oyununda öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Yarımfinalın növbəti günlərində iştirakçılar keyslər üzrə mübarizə aparacaq və onların səkkiz səriştəsi (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan "Qiymətləndirmə konfransı" metodu ilə həyata keçirilir. Namizədlərin səriştələri onlara verilən tapşırıqlara yanaşmalarına əsasən qiymətləndiriləcək. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edir. Yarımfinal mərhələsi 7 iyul tarixində tamamlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları final mərhələsi gözləyir. Müsabiqənin final mərhələsi 19-21 iyul tarixlərində keçiriləcək. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu