05 İyul 2024, 21:00
Türkiyə XİN UEFA-nın Dəmiralla bağlı qərarını qərəzli hesab edir
Türkiyə XİN UEFA-nın Dəmiralla bağlı qərarını qərəzli hesab edir şəkil
Türkiyə XİN UEFA-nın Dəmiralla bağlı qərarını qərəzli hesab edir

Türkiyə Xarici İşlər Nazirliyi UEFA-nın Türkiyə millisinin futbolçusu Merih Dəmiralı iki oyunluq diskvalifikasiya etmək qərarı ilə əlaqədar respublika vətəndaşlarının məyus olduğunu bildirib və bu qərarı əcnəbilərə qarşı qərəzli münasibətin təzahürü hesab edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlik bəyanat yayıb. 

"UEFA-nın millimizin futbolçusu Merih Dəmiralı iki oyunluq cəzalandırdığına görə təəssüf edirik. Ölkə daxilində və xaricdə olan bütün vətəndaşlarımızda dərin məyusluq yaradan bu qərar bəzi Avropa ölkələrində əcnəbilərə qarşı qərəzli qərarlarla hərəkətə keçmə meylinin artdığı fikrini gücləndirdi", - departament qeyd edib.

Xarici İşlər Nazirliyi əlavə edib ki, beynəlxalq idman tədbirləri cəmiyyətləri və ölkələri bir-birinə daha da yaxınlaşdırmaq üçün təşkil olunur. 

UEFA Avstriya yığması ilə görüşdə qələbədən (2:1) sonra Türkiyə millisinin müdafiəçisini iki oyunluq diskvalifikasiya edib. Dəmiral həmin oyunda dubla imza atıb. İkinci qoldan sonra futbolçu türk millətçilərinin "Bozqurd" jestini göstərib.

 

Son xəbərlər
Bərdədə yaşayış binasının eyvanı uçub
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib