Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutulub
Nərmin Qocamanlı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul alan şəhər sakini Taleh Qədirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, özünü qazi kimi tanıdan T.Qədirov bir nəfər şəhər sakinindən 1000 manat alıb, bir nəfərdən isə eyni məbləğdə pul tələb edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net