Menyu

DSX: İrandan Azərbaycana narkotik keçirilməsinə cəhd edilib, atəş açılıb

Nərmin Qocamanlı
DSX: İrandan Azərbaycana narkotik keçirilməsinə cəhd edilib, atəş açılıb

İyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

DSX-dan "Operativ Media"ya verilən məlumata görə, sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri 1981-ci il təvəllüdlü Tarıverdiyev Anar Rafayil oğlu və 1983-cü il təvəllüdlü Carçıyev Sərvər Mehman oğlu olması müəyyən edilib, üzərilərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər