Menyu

AZAL: Sosial şəbəkələrdə QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur

Nərmin Qocamanlı
AZAL: Sosial şəbəkələrdə QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur

Son zamanlar sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.

Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.

“Azərbaycan Hava Yolları” ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər. 

Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir.

Teqlər:

"AZAL: Sosial \u015f\u0259b\u0259k\u0259l\u0259rd\u0259 QSC-nin ad\u0131ndan saxta reklam kampaniyalar\u0131n\u0131n t\u0259\u015fkili hallar\u0131 m\u00fc\u015fahid\u0259 olunur"

Əlaqəli Xəbərlər