Menyu

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

Nərmin Qocamanlı
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

İyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

"Operativ Media" xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Gündəlikdəki əsas məsələ 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə bir neçə partiyanın səlahiyyətli nümayəndələrinin müraciətinə baxılması ilə bağlıdır. 

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər