06 İyul 2024, 17:57
İngiltərəli fanatlarla alman azarkeşlər arasında dava düşüb

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına məğlub olan meydan sahiblərinin azarkeşləri ilə ingiltərəli fanatlar arasında dava düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, davaya səbəb İngiltərə millisinin azarkeşlərinin almaniyalı fanatları ələ salması olub.
İngiltərəli azarkeşlər yerli fanatları Almaniyanın mübarizəni dayandırmasına görə ələ salıblar. Daha sonra isə onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər.
Qeyd edək ki, İspaniya yığması Almaniyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb.