Menyu

Montella: “Bu futbolçular sevilməyi haqq edirlər”

Əziz Əzizli
Montella: “Bu futbolçular sevilməyi haqq edirlər”
1 dəq oxu

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa çempionatının 1/4 finalında Niderlanda qarşı keçirdikləri oyunu şərh edib.

"Operativ Media" xəbər verir ki, italiyalı mütəxəssis 90 dəqiqə ərzində Niderland qədər mübarizə apardıqlarını deyib.

O, 1:2 hesablı məğlubiyyətə rəğmən, komandanın meydanda can qoyduğunu söyləyib: “Bacardığımız hər şeyi göstərdik. Çempionatda yaxşı oynadıq. Həmkarlarım və digər peşəkarlar da bizi təbrik etdi. Xeyli gənc oyunçularımız var. İnanılmaz şəkildə canlarını qoydular və onlarla fəxr edirəm. Bu futbolçular sevilməyi haqq edirlər. Bu turnirdən sonra Türkiyə gələcəkdə daha hörmətli görünəcək".

Əlaqəli Xəbərlər