Menyu

ABŞ Nigerdən qoşunlarının çıxarılmasını başa çatdırıb

Əziz Əzizli
ABŞ Nigerdən qoşunlarının çıxarılmasını başa çatdırıb

ABŞ hökuməti Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Frans Press“ agentliyi məlumat yayıb.

Məlumatda ABŞ hərbi qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Qüvvələrinin Bazasından çıxarılmasının başa çatdığı bildirilir.

Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqadez şəhərindən çıxarmalıdır.

Nəşr qeyd edib ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər