http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Zirə"dən ayrılan ukraynalı hücumçu Ermənistan klubuna keçdi

08 İyul 2024 , 08:57
"Zirə"dən ayrılan ukraynalı hücumçu Ermənistan klubuna keçdi

Son mövsümü "Zirə"də keçirən ukraynalı hücumçu Vladislav Kulaç Ermənistanın "Pyunik" klubu ilə müqavilə imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Karyerasının əvvəlində Kulaç Donetskin "Olimpik" komandasında çıxış edib. 2010-cu ildə Donetsk "Şaxtyor"u futbolçunun transfer hüququnu əldə edib.

Bundan sonra 31 yaşlı forvard 9 il Türkiyə, Macarıstan və Ukrayna komandalarında icarə əsasında çıxış edib. Kulac yerli liqanın nüfuzlu komandalarından Luqanskın “Zarya”, “Aleksandriya” və “Vorskla”sında çıxış edib. Ukraynalı futbolçu Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Gonved” klublarında da çıxış edib.

2020-ci ildə Kulaç azad agent kimi Ukrayna "Vorskla"sına keçib və 78 oyunda 33 qol və 3 məhsuldar ötürmə edib. 2020/21 mövsümündə 15 qolla Ukrayna Premyer Liqasının bombardiri olub. Daha sonra isə "Zirə" klubuna gələn hücumçu burada uğurlu ola bilməyib.

OXŞAR XƏBƏRLƏR
“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

Siyasət Əsgərov: "Rəqiblərin arasında ən güclüsü bizə düşdü"

"Sumqayıt" - "Fehervar" oyunu albaniyalı hakimlərə tapşırıldı

"Sumqayıt" - "Fehervar" oyunu albaniyalı hakimlərə tapşırıldı

XƏBƏR LENTİ
  • 21:01

    Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
  • 20:57

    Şuşada II Qlobal Media Forum keçiriləcək
  • 20:54

    “ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib
  • 20:46

    Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?
  • 20:42

    KTMT baş katibi: Regional təşkilatlar yeni təhlükəsizlik mexanizmləri yaratmağa qadirdir
  • 20:19

    Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
    Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
  • 20:07

    II ixtisas qrupu üzrə bir nəfər maksimum bal toplayıb
  • 19:54

    Dövlət-biznes formatında texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq müzakirə olunub
Menyu