http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

18-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlayıb

08 İyul 2024 , 11:27
18-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlayıb

İyulun 8-i ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, mərasimdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “GL Group”un baş icraçı direktoru Asif Zeynalov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış ediblər.

Tədbir zamanı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirildiyini xatırladıb. O qeyd edib ki, proqramın Xəzər regionu ölkələrində enerji və ekoloji problemlərə diqqət yetirməsi, həm yerli, həm də beynəlxalq iştirakçılar üçün faydalıdır.

ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə builki yay məktəbinin mövzusunun bərpaolunan və eləcə də yaşıl enerji olduğunu və bu illin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına həsr edildiyini vurğulayıb. F.İsmayılzadə, həmçinin qeyd edib ki, yay məktəbi Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm hissəsi olan bərpaolunan enerji potensialının inkişaf etdirilməsi öhdəliyinə töhfə vermək məqsədi daşıyır.

Qeyd edilib ki, Bakı Yay Enerji Məktəbi Xəzər regionuna xüsusi diqqət yetirərək, enerji və ekologiya məsələlərini araşdırmaq və öyrənmək üçün dünyanın tanınmış alimlərini, siyasətçilərini və ekspertlərini bir araya gətirən beynəlxalq iki həftəlik sertifikat proqramıdır.

Proqram Xəzər regionunun enerji landşaftında transformativ dəyişikliklərə, davamlı inkişafa və iqtisadi artıma töhfə vermək üçün dövlət və özəl sektorların kollektiv səylərini özündə əks etdirir.

İnteraktiv mühazirələr, nümunə araşdırmaları və tədqiqat səfərləri ilə dolu olan bu yay proqramı bir neçə tanınmış enerji şirkətlərindən, beynəlxalq təşkilatlardan, ali təhsil müəssisələrindən yüksək və orta səviyyəli mütəxəssisləri, eləcə də enerji və ekoloji məsələləri araşdıran alim və ekspertləri cəlb edib. Builki proqramda 12 ölkədən 50 iştirakçı iştirak edəcək. Həmin ölkələr sırasında Azərbaycan, Albaniya, Bolqarıstan, Çexiya, Çin, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam, ABŞ və Böyük Britaniyanı qeyd etmək olar.

Proqram iştirakçıları Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyini, Bolqarıstanın Xarici İşlər Nazirliyini, Səudiyyə Ərəbistanının Energetika Nazirliyini, Vyetnamın Neft və Qaz Qrupunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “bp Azərbaycan”ı , ABŞ və Macarıstandakı beyin mərkəzlərini və digər təşkilatları təmsil edirlər.

İki həftəlik proqram bir həftə Bakıda, bir həftə isə Gürcüstanın paytaxtı Tbilisidə iyulun 8-dən 19-dək keçiriləcək. Məktəbin beynəlxalq formatı iştirakçılara enerji məsələləri və Yaşıl Enerji Dəhlizi ilə bağlı regional perspektivləri öyrənməyə, klassik enerji mənbələri və bərpaolunan enerji mövzularına kompleks regional yanaşmanı təmin etməyə imkan verir.

OXŞAR XƏBƏRLƏR
Şuşada II Qlobal Media Forum keçiriləcək

Şuşada II Qlobal Media Forum keçiriləcək

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?

Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?

XƏBƏR LENTİ
  • 23:33

    Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb
  • 23:11

    Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
  • 22:58

    Pentaqon: Qərbin Kiyevə yardımının dayandırılması Rusiyanın qələbəsinə gətirib çıxaracaq
  • 22:51

    "Şamaxı" yeni transfer etdiyi futbolçuyla yollarını ayırdı
  • 22:43

    Blinken gələn həftə Vanq Yi ilə görüşə hazırlaşır
  • 22:29

    Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var
  • 22:14

    Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
Menyu