Menyu

AFFA rəsmisi UEFA-dan yeni təyinat aldı

Əziz Əzizli
AFFA rəsmisi UEFA-dan yeni təyinat aldı
1 dəq oxu

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Operativ Media" xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupu çərçivəsində keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Əlaqəli Xəbərlər