http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA bioloji aktiv qida məhsulları ilə bağlı xəbərdarlıq edib

08 İyul 2024 , 12:48
AQTA bioloji aktiv qida məhsulları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal edilən və idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, tədbirlər çərçivəsində son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının (BAQM) laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Bununla bağlı olaraq zəruri tədbirlər həyata keçirilib və bu proses hazırda davam etməkdədir.

Bu sahədə aparılan təhlillər nəticəsində məlum olub ki, bəzi sahibkarlar tərəfindən asan qazanc əldə etmək məqsədilə hər hansı bir effektiv təsirə malik olmayan, həmçinin müxtəlif sosial şəbəkələr və media resurslarında vətəndaşlara geniş reklam kampaniyaları ilə təqdim olunan bioloji aktiv qida məhsullarının ölkəmizə idxalına cəhd göstərilir.

Qeyd edək ki, ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarının böyük hissəsi Türkiyə Respublikasından gətirilir. Həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri zamanı Türkiyə Respublikasından ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyən edilib.

Bütün bunlar nəzərə alınaraq son illərdə bu sahədə nəzarət və tənzimləmə fəaliyyətləri daha da genişləndirilib. Məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla uyğunluğunun müəyyən edilməsidir.

AQTA bəyan edir ki, Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də ölkə ərazisinə idxal olunan, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ölkə ərazisində qadağandır.

OXŞAR XƏBƏRLƏR
ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internet bahalaşacaq

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • Dünən
    23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • Dünən
    23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • Dünən
    23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • Dünən
    22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • Dünən
    22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • Dünən
    22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • Dünən
    22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu