Menyu

DİM və ABŞ səfirliyi ekspert və markerlərin peşəkar inkişafı üzrə birgə layihələr həyata keçirəcək

Nərmin Qocamanlı
DİM və ABŞ səfirliyi ekspert və markerlərin peşəkar inkişafı üzrə birgə layihələr həyata keçirəcək

İyulun 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüşüb. 

DİM-dən "Operativ Media"ya bildirilib ki, görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə nümayəndəsi Rendi Kol və təhsil üzrə mütəxəssisi Xanım Teilova, eləcə də DİM-in müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Görüş zamanı M.Abbaszadə rəsmi test mərkəzi kimi DİM-də keçirilən müxtəlif beynəlxalq imtahanlar, onların təşkili prosesi, həmçinin vətəndaşların bu imtahanlara olan marağını nəzərə alaraq DİM-də imtahan yerlərinin sayının artırılması istiqamətində görülən işlər barədə danışıb. O, həmçinin Elektron imtahanlar korpusunun fəaliyyətə başlamasının bu sahədə atılan önəmli addımlardan biri olduğunu bildirib və beynəlxalq imtahanların vətəndaşlara daha da əlçatan olması yönündəki əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və ABŞ-ın Azərbaycandakı səfirliyi arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Tərəflər görüş zamanı ötən illərdə səfirliyin dəstəyi ilə ingilis dili üzrə müəllimlərin peşəkar inkişafı və qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş layihələrin nəticələrinə dair müzakirə aparıb, həmçinin yaxın gələcəkdə xarici dilin qiymətləndirilməsi və müxtəlif fənlər üzrə ingilis dilində tapşırıqların hazırlanması, eləcə də müəllim, ekspert və markerlərin peşəkar inkişafı üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində ilkin razılıq əldə ediblər.

Teqlər:

"D\u0130M v\u0259 AB\u015e s\u0259firliyi ekspert v\u0259 markerl\u0259rin pe\u015f\u0259kar inki\u015faf\u0131 \u00fczr\u0259 birg\u0259 layih\u0259l\u0259r h\u0259yata ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər