Menyu

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Nərmin Qocamanlı
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Elməddin Qasımov saxlanılıb. 

Araşdırmalarla sürücünün narkotik vasitənin təsiri altında olduğu və analoji əməli il ərzində ikinci dəfə törətdiyi müəyyən edilib.

E.Qasımov barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il 2 ay müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Teqlər:

"Yevlaxda narkotik vasit\u0259nin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc h\u0259bs olunub"

Əlaqəli Xəbərlər