Menyu

"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır - VİDEO

Nərmin Qocamanlı
"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır - VİDEO

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.

Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.

Teqlər:

"\"Birl\u0259\u015fdik - 2024\" t\u0259limind\u0259 i\u015ftirak ed\u0259c\u0259k h\u0259rb\u00e7il\u0259rimiz Qazax\u0131standad\u0131r - V\u0130DEO"

Əlaqəli Xəbərlər