http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

COP29-da iştirak üçün tərəflərə veriləcək viza ödənişsiz olacaq

09 İyul 2024 , 10:31
COP29-da iştirak üçün tərəflərə veriləcək viza ödənişsiz olacaq

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün qeydiyyatdan keçmiş bütün tərəflərə ödənişsiz elektron “COP29 xüsusi viza” xidmətləri təqdim edəcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycana xarici ölkələrdən səfər edən bütün COP29 iştirakçıları üçün (pasportun hansı ölkə tərəfindən verilməsindən asılı olmayaraq) viza tələb olunur. COP29 xüsusi vizası birdəfəlik giriş vizası olacaq. Əgər iştirakçı Azərbaycanı tərk etmək və COP29-un keçirildiyi müddətdə yenidən Azərbaycana geri qayıtmaq istəsə, o zaman Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) qeydiyyat nömrəsindən istifadə edərək və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq, COP29 xüsusi vizası üçün yenidən müraciət etməli olacaq.

COP29 və sessiya öncəsi görüşlər üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti Azərbaycana daxil olduqları tarixdən ən azı altı ay sonrakı müddət üçün etibarlı olmalıdır. Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara UNFCCC qeydiyyatını təsdiqləyən e-poçt vasitəsilə viza üçün müraciət linki göndəriləcək. COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza cari ilin noyabrın 30-dək etibarlı olacaq. Viza sahibləri Azərbaycana bu tarixdən əvvəl daxil olmalıdırlar.

Xatırladaq ki, Azərbaycan qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə COP29 viza müraciət sistemini yaxın zamanda təqdim edəcək.

OXŞAR XƏBƏRLƏR
ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

ASAN xidmət könüllüləri İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinə cəlb ediliblər

Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internet bahalaşacaq

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

XƏBƏR LENTİ
  • 23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • 23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • 23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • 23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • 22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • 22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • 22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • 22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu