Bağçalara qəbul prosesində kimlər üstünlük hüququna malik olacaq?
Nərmin Qocamanlı
Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb.
"Operativ Media" xəbər verir ki, siyahı barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə məlumat verib.
Aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:
- Şəhid ailələrinin övladları;
- Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- tək işləyən valideynlərin uşaqları;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- hərbi xidmətdə olan valideynlərin uşaqları;
- təhsilalan anaların uşaqları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.
Teqlər:
"Ba\u011f\u00e7alara q\u0259bul prosesind\u0259 kiml\u0259r \u00fcst\u00fcnl\u00fck h\u00fcququna malik olacaq?"