Menyu

MSK daha yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Əziz Əzizli
MSK daha yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Beləliklə ümumilikdə MSK 16 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər