Menyu

Nəsimi rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Nərmin Qocamanlı
Nəsimi rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Bəhlul Sərvər oğlu Məmmədova məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu aşkarlanıb. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.

Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası aşkarlanıb. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər