http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Gədəbəydə Aqrar Biznes Festivalı keçirilib

09 İyul 2024 , 17:11
Gədəbəydə Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Qazax-Tovuz iqtisadi rayonu üzrə yekun Aqrar Biznes Festivalı keçirilib. Festivala Gədəbəy, Daşkəsən, Göygöl, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarından fermerlər qatılıblar.

Nazirlikdən "Operativ Media"ya  bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən festivalda müxtəlif gübrə və pestisidlər, müasir texnika və aqreqatlar, yeni texnologiyalarla yanaşı, bu iqtisadi rayonda fəaliyyət göstərən yerli şirkətlərin məhsulları nümayiş olunub. Festival çərçivəsində “Qazax-Tovuz iqtisadi rayonunun aqrar sektorunun inkişaf perspektivləri” mövzusunda panel müzakirə keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və aqrar sahədə ixtisaslaşmış özəl şirkətlərin mütəxəssislərinin iştirakı ilə bölgənin tərəvəzçilik, taxılçılıq və heyvandarlıq istiqamətlərində mövcud vəziyyəti və innovativ texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub. Panel sessiyada regionun kənd təsərrüfatının prioritet sahələri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb. 

Festival zamanı innovativ təsərrüfatların bölgələrdə daha geniş vüsət alması və təbliği məqsədilə yüksək məhsuldarlıq göstəricilərinə malik, yeni yanaşma və innovativ texnologiyaların tətbiq olunduğu, aqrokimyəvi texniki qulluq qaydalarına əməl edən təsərrüfatların mütəxəssisləri öz təcrübələrini bölüşüblər. 

Festival çərçivəsində COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq, su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş etdirilib.

Eyni zamanda, regionda sahibkarlığın inkişafına dəstək vermək, güzəştli kreditlərlə bağlı məlumatlılığı artırmaq məqsədilə festivalda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı da iştirak edib. Fermerlərin kreditlərlə bağlı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

İndiyədək Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qazax-Tovuz iqtisadi rayonu üzrə Ağstafa, Qazax, Şəmkir, Tovuz rayonlarında festivallar təşkil olunub. Bu festivallarda 4600-ə yaxın fermer, 100-ə yaxın dövlət qurumu və aqrar sahədə ixtisaslaşmış yerli və xarici şirkət iştirak edib.

OXŞAR XƏBƏRLƏR
“Bravo”ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub

“Bravo”ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub

Azərbaycanda yanvar-iyun aylarında 736 nəfər İİV-ə yoluxub

Azərbaycanda yanvar-iyun aylarında 736 nəfər İİV-ə yoluxub

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

XƏBƏR LENTİ
  • 21:04

    Pentaqon Rusiya ərazisinə hücuma icazə verə bilər
  • 21:00

    AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı
  • 20:49

    Çexiya Prezidenti: Ukraynanın qalan ərazilərini qoruyub saxlaması uğur olacaq
  • 20:34

    Pentaqon rəhbəri rusiyalı həmkarı ilə telefonla danışıb
  • 20:19

    Bild: Almaniya NATO qoşunlarını şərqə köçürmək üçün gizli plan hazırlayıb
  • 20:04

    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB
  • 19:54

    Finlandiya hökuməti gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı qərar verəcək
  • 19:39

    Moskva Seuldan KXDR sərhədləri yaxınlığında hərbi təlimləri dayandırmağı tələb edib
Menyu