Menyu

Dövlət xidməti: İran Klinikasının yaxınlığında ağac kəsilməsi faktı araşdırılıb

Nərmin Qocamanlı
Dövlət xidməti:  İran Klinikasının yaxınlığında ağac kəsilməsi faktı araşdırılıb

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İran Klinikasının yaxınlığında ağac kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat xidmətinin Xidmət rəsmisi Dünya Əhmədova "Operativ Media"ya bildirib ki, araşdırma zamanı sözügedən ünvanda quru söyüd ağacının Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən kəsildiyi müəyyən edilib. 

"Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir və bu işlər növbəti günlərdə də davam edəcək", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər