10 İyul 2024, 12:17
“Birləşdik – 2024” beynəlxalq təliminin hazırlıq mərhələsi davam edir
“Birləşdik – 2024” beynəlxalq təliminin hazırlıq mərhələsi davam edir şəkil
“Birləşdik – 2024” beynəlxalq təliminin hazırlıq mərhələsi davam edir

Qazaxıstan Respublikasının Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində müvafiq tədbirlər görülür.

"Operativ Media" xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın beynəlxalq təlimdə iştirak edəcək nümayəndələrinin rəhbər heyətinin iclası keçirilib.

İclasda təhlükəsizlik, təşkilati və digər məsələlərlə bağlı təkliflər dinlənilib, ətraflı müzakirələr aparılıb.

Sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar. Ərazi ilə tanışlıq zamanı şəxsi heyət təlimatlandırılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb və təlim haqqında təfsilatlı məlumat verilib.

Daha sonra beynəlxalq təlim çərçivəsində təşkil olunacaq “Бағдар” taktiki səmti müəyyənetmə yarışının püşkatma mərasimi keçirilib.

Hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə keçiriləcək yarışın əsas mərhələsi iyulun 13-də baş tutacaq.

Son xəbərlər
Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?
Somali Prezidenti: Azərbaycanla əməkdaşlıq sahələri Somali üçün çox faydalıdır
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bakı Böyük Dəbilqə turnirində Azərbaycan 33 cüdoçu ilə təmsil olunacaq
Sabah Somali Prezidenti Azərbaycanın müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq
Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB