Menyu

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Nərmin Qocamanlı
Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

İyulun 11-13-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında iyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Teqlər:

"Hava \u015f\u0259raiti il\u0259 ba\u011fl\u0131 x\u0259b\u0259rdarl\u0131q edilib"

Əlaqəli Xəbərlər